Van Qoqun “Ulduzlu gecə” əsəri Eyfel qülləsindən ilhamlanıb?

Van Qoqun “Ulduzlu gecə” əsəri Eyfel qülləsindən ilhamlanıb?
27 mart 2023
# 13:00

Professor Ceyms Holl Van Qoqun “Ulduzlu gecə” əsərinin Eyfel qülləsindən ilhamlandığını fikrini irəli sürüb.

Kulis.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb .

Hollun sözlərinə görə, rəssam bu rəsmi çəkməyə 1889-cu ilin iyununda - Paris abidəsi ictimaiyyətə təqdim edildikdən az sonra başlayıb.

Abidənin açılışı gecə pirotexnika şousu ilə müşayiət olunub. Holl hesab edir ki, tablonun təsvir etdiyi şey də budur.

"Van Qoq üçün sərv ağacı Eyfel qülləsinə təbii alternativdir", - deyə sənətşünas əlavə edib.

# 1319 dəfə oxunub

Müəllifin son yazıları

# # #