“Uzaq sahillərdə” filmi Berlində bərpa olunub

“Uzaq sahillərdə” filmi Berlində bərpa olunub
25 aprel 2025
# 10:15

Azərbaycanın Almaniyadakı səfirliyinin sifarişi ilə “Uzaq sahillərdə” filminin (1958) alman dilindəki versiyası Berlində rəqəmsallaşdırılaraq bərpa edilib, filmin görüntü və səs keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Kulis.az xəbər verir ki, “Uzaq sahillərdə” filmi 1959-cu ildə Almaniyanın DEFA studiyası tərəfindən Berlində alman dilinə dublyaj edilərək, “Damals in Triest” adı ilə nümayiş etdirilib.

Səfirliyin DEFA studiyası və arxivlərlə apardığı iş nəticəsində filmin alman dilindəki versiyası aşkarlanaraq, Berlində klassik filmlərin bərpası ilə məşğul olan şirkət tərəfindən bərpa edilib.

Filmin bərpa olunmuş versiyası səfirliyin təşkilatçılığı ilə Berlinin tanınmış “Urania” elm mərkəzinin kinoteatrında nümayiş etdirilib.

Qeyd edək ki, nümayiş İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80-ci ildönümünə həsr olunub.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

# # #