“The Rolling Stones” qrupunun üzvü vəfat etdi

“The Rolling Stones” qrupunun üzvü vəfat etdi
25 avqust 2021
# 12:47

Tanınmış “The Rolling Stones” qrupunun zərbçisi Çarli Uotts ömrünün 81-ci ilində vəfat edib.

Bu barədə ifaçının yaxını özünün Tvitter səhifəsində yazıb.

Qeyd olunub ki, ifaçı London xəstəxanalarından birində, ailəsi yanındaikən rəhmətə gedib.

Məlum olub ki, Çarli Uotts yaxınlarda cərrahiyyə əməliyyatı keçirdiyi üçün ABŞ-dakı qastrol səfərinə çıxa bilməyib. Əməliyyat zamanı ifaçının hansı prosedurdan keçdiyi və bunun səbəbinin nə olduğu açıqlanmır.

# 1155 dəfə oxunub

Müəllifin son yazıları

# # #