Uşaq Filarmoniyasında konsert - Andersen nağıllarının sehrində

Uşaq Filarmoniyasında konsert - Andersen nağıllarının sehrində
27 yanvar 2026
# 12:25

Yanvarın 29-da Dövlət Uşaq Filarmoniyasında “Andersen nağıllarının sehrində musiqili səyahət” adlı konsert proqramı təqdim ediləcək.

Kulis/az x'b'r verir ki, tədbir çərçivəsində dünya ədəbiyyatının tanınmış nümayəndəsi Hans Kristian Andersenin nağıllarına həsr olunmuş musiqi nümunələri təqdim olunacaq. Nağıl mövzuları piano ifaları vasitəsilə musiqi dilində dinləyicilərə çatdırılacaq.

Konsertin əsas məqsədi uşaqlarda və gənclərdə klassik musiqiyə marağın artırılması, eyni zamanda dünya ədəbiyyatı nümunələrinin musiqi vasitəsilə tanıdılmasıdır.

Biletləri şəhərin kassalarından əldə etmək mümkündür.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər