“Muzey gecəsi” təşkil olunacaq

“Muzey gecəsi” təşkil olunacaq
16 may 2023
# 12:00

YARAT Müasir İncəsənət Muzeyində mayın 19-da “Muzey gecəsi” təşkil olunacaq.

Kulis.az xəbər verir ki, tədbir "kölgə" anlayışına əsaslanıb. Beləliklə, “Kölgə arxasında” şüarı altında təqdim olunan tədbirdə, hər bir iştirakçı özünü anlamağa və ifadə etməyə fürsət əldə edəcək.

“Muzey gecəsi” layihəsi Dənizkənarı Bulvar İdarəsi, “Meatadore” və “iTicket” platformasının dəstəyi ilə həyata keçirilir.

Bütün tədbirlərə giriş ödənişsizdir. Layihə çərçivəsində konsert proqramları və ustad dərslərinin təşkili də nəzərdə tutulur.

İştirak etmək istəyənlər https://iticket.az/ru/events/other/museum-night linkindən qeydiyyatdan keçə bilərlər.

# 790 dəfə oxunub

Müəllifin son yazıları

# # #