Ural Federal Universitetində Nizami Gəncəvinin büstü qoyulub

Ural Federal Universitetində Nizami Gəncəvinin büstü qoyulub
16 fevral 2024
# 09:05

Ural Federal Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün açılış mərasimi keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, həmin universitetin Azərbaycanşünaslıq Mərkəzində Nizami Gəncəvinin büstünün açılış mərasimində Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin müavini Lyudmila Berq, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev, Ural Federal Universitetinin Ural Humanitar İnstitutunun direktoru Elvira Sımanyuk və Ural Dövlət Memarlıq və İncəsənət Universitetinin Kompozisiya və incəsənət hazırlığı kafedrasının professoru, büstün konsepsiyasının müəllifi Valentina Sokolova iştirak ediblər.

# 512 dəfə oxunub

Müəllifin son yazıları

# # #