Teatrımız beynəlxalq festivaldan qayıdıb

Teatrımız beynəlxalq festivaldan qayıdıb
11 oktyabr 2017
# 11:33

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasının Elista şəhərində (Kalmıkiya Respublikası) keçirilən “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında iştirak edib.

Teatrdan kulis.az-a verilən xəbərə görə, oktyabrın 1-dən 5-ə dək keçirilən Beynəlxalq Festivalda ölkəmiz ADGTT-nın hazırladığı A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə təmsil olunub. Kollektiv festivaldan diplomlar və fəxri fərmanlarla geri dönüb.

“Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq Teatr Festivalında nümayiş olunan “Tıq-tıq” tamaşasının quruluşçu rejissoru Xalq Artisti, Prezident təqaüdçüsü Ağaxan Salmanlıdır. Tamaşada əsas rolları aktrisalar Günel Məmmədova, Aygün Fətullayeva, aktyorlar Elnur Hüseynov, Elnur Kərimov, İlham Əsədov, Müşfiq Əliyev, Elşən Şıxəliyev və Xalq Artisti Ağaxan Salmanlı ifa edir.

# 929 dəfə oxunub

Müəllifin son yazıları

# # #