Aktrisa Ülviyyə Əliyevayanın anası Zemfira Məmmədəliyeva 79 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən Z.Məmmədəliyeva bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Zemfira Məmmədəliyeva Azərbaycanın ilk qadın təyyarə bələdçisi olub. Ü.Əliyeva açıqlamalarında bildirib ki, Z.Məmmədəliyeva onun bibisidir. Uşaq yaşlarında anası onu övladlığa verib:
"Bioloji anam Bəsti, böyüdən isə Zemfira xanımdır. Məni dünyaya gətirib, kirayə verib. Doğma atama dayı deyirəm. Anam məni bibimə övladlığa verib. Onun yeganə uşağı mən oldum".
Ülviyyə Əliyevaya ağır itki
9 dekabr 2023
17:19
1599 dəfə oxunub