Azərbaycanlı rəssamın fərdi sərgisi olacaq

Azərbaycanlı rəssamın fərdi sərgisi olacaq
21 iyun 2019
# 17:29

İyunun 25-də “Qalereya 1969”da Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın fərdi sərgisi keçiriləcək.

Sərgidə rəssamın müxtəlif üslublarda yaratdığı əsərlər nümayiş ediləcək. O, rəssamlıq, heykəltəraşlıq və memarlıqda tətbiq olunan yeni “Numerologizm” (Əbcədizm) üslubunun yaradıcılarındandır.

Numerologiya-rəqəmlərin bir-biri ilə qarşılıqlı münasibəti və əks-təsiri olan fiziki obyektlər, proseslər, insan həyat və şüurunun sirli əlaqələrinin mövcudluğu ilə bağlı ezoterik (gizli) inanc sistemidir.

Rizvan İsmayıl “İdeal cəmiyyət”, “Özünəqayıdış”, “Müqəddəs”, “Rəqəmsal”, “Üç kitab”, “Sirli mağara”, “Yaşam tərzi”, “Dua anında”, “Fərqli düşüncə”, “Mehriban ailə”, “Həyatın rəngi”, Yüksəliş”, “Yeni doğuluş”, “İnsan”, “Müqəddəs 40” və s. əsərlərin müəllifidir. /azertag.az/

# 1913 dəfə oxunub

Müəllifin son yazıları

# # #