Türkiyəli aktyor Ufuk Özkanın səhhəti ciddi pisləşib və xəstəxanaya yerləşdirilib.
Kulis.az xəbər verir ki, aktyorun qardaşı Umut Özkan açıqlamasında aktyorun bir müddətdir qaraciyər çatışmazlığı və sirrozdan müalicə aldığını və hazırda ona orqan köçürülməsi tələb olunduğunu bildirib.
Donor axtarışı davam edir.
Qeyd edək ki, sənətçi 2022-ci ilin avqustunda həyat yoldaşı Nazan Güneşdən boşanıb və onların bir övladı var. Əvvəllər orqan transplantasiyası üçün müraciət etmiş aktyor daha sonra buna ehtiyac olmadığını açıqlamışdı.