“Üç gözəl” Rus Dram Teatrında 2024-cü ilin ilk premyerasına hazırlaşır

“Üç gözəl” Rus Dram Teatrında 2024-cü ilin ilk premyerasına hazırlaşır
28 dekabr 2023
# 18:40

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 2024-cü ilin ilk premyerasına hazırlaşır.

Kulis.az xəbər verir ki, sənət ocağı yanvarın 13-də rus ədəbi Valentin Krasnoqorovun eyniadlı pyesi əsasında hazırlanan “Üç gözəl” lirik komediyası ilə teatrsevərlərin görüşünə gələcək.

Pyesin məzmunu belədir ki, adi axşamların birində üç rəfiqə qərara alırlar ki, həyatlarında dönüş etsinlər – əsl məhəbbətin axtarışına çıxsınlar. Müxtəlif xarakterli fərqli taleli üç rəfiqə, üç gözəl qadın öz həyatını kökündən dəyişməyə qərar verir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir. Əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov (dekorasiya üzrə rəssam), Olqa Abbasova (geyim üzrə rəssam) və Vladimir Neverov (musiqi tərtibatçısı) tamaşanın ərsəyə gəlməsinə əmək sərf ediblər.

Tamaşada teatrın üç gözəl aktrisasını – Xalq artisti Ayan Mirqasımova, Əməkdar artist Mələk Abaszadə və aktrisa Mədinə Mullayeva rol alıb.

AZƏRTAC

# 468 dəfə oxunub

Müəllifin son yazıları

# # #