TÜRKSOY-un Baş katibi Xalq yazıçısı Anarla görüşdü

TÜRKSOY-un Baş katibi Sultan Rayev və Xalq yazıçısı Anar

TÜRKSOY-un Baş katibi Sultan Rayev və Xalq yazıçısı Anar

22 fevral 2023
# 15:30

Ölkəmizdə rəsmi səfərdə olan TÜRKSOY-un Baş katibi Sultan Rayev fevralın 21-də Azərbaycan Yazıçılar Birliyini ziyarət edib.

Kulis.az xəbər verir ki, ziyarət zamanı Baş katib AYB sədri, Xalq yazıçısı Anarla görüşüb.

S.Rayev görüşdən məmnunluğunu ifadə edib: “Türk dünyasının ağsaqqalı Anarla görüşmək böyük şərəfdir. Siz bütün türk dünyasının dəyərli yazıçısınız. Sizi uşaqlığımdan tanıyram.” Xalq yazıçısı Anar Baş katibə minnətdarlığını bildirib. Sultan Rayevi yeni təyinatı münasibətilə təbrik edən AYB sədri, TÜRKSOY-un əvvəlki illərdəki fəaliyytətini yüsksək qiymətləndirdiyini bildirib: “Polad Bülbüloğlu, Düsein Kaseinov mənim dostlarımdır. Onlar TÜRSOY-un fəaliyyətində çox ciddi işlər görüblər. Sizin təyinatınız bizi sevindirdi. Belə bir önəmli təşkilata yazıçının rəhbərlik etməsi sevindirici haldır. Əminəm ki, ədəbiyyatın, ədəbi əlaqələrin inkişafı üçün önəmli layihələr həyata keçirəcəksiniz.”

Sultan Rayev TÜRKSOY-un 2023-cü il üçün planlarından söz açıb. Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi münasibətilə nəzərdə tutulan layihələr haqqında məlumat verən Baş katib, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçiriləcək tədbirlərə də diqqət çəkib.

Görüşdə TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı, Mədəniyyət Nazirliyinin sektor müdiri Araz Bağırlı, AYB-nin katibi Səlim Babullaoğlu, AYB-nin mətbuat katibi Xəyal Rza iştirak edib.

Ortaq layihələrin müzakirəsi zamanı Səlim Babullaoğlu təkliflərini səsləndirib. Türk Dünyasının ortaq ədəbi mükafatı, ortaq ədəbi qurumunun yaradılması da müzakirə olunan məsələlərdən olub.

# 1146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #