"Yeşilçam"ın ulduzlarından olan Sönmez Yıkılmaz vəfat edib.
Kulis "Hürriyet"ə istinadla xəbər verir ki, aktyor 77 yaşında dünyasını dəyişib. Bu barədə paylaşım edən aktyor Cüneyt Arkın onsuz "Yeşilçamın" yarımçıq olacağını vurğulayaraq kədərləndiyini bildirib.
Qeyd edək ki, bir sıra filmlərdə rol alan Sönmez ən çox "Rembo" ekran işi ilə məşhurlaşıb.