"Alfa" 12 dəqiqə alqışlandı

"Alfa" 12 dəqiqə alqışlandı
21 may 2025
# 16:00

Juliya Dokurnonun yeni filmi "Alfa" Kann Film Festivalında təqdim edilib.

Kulis.az xəbər verir ki, film 12 dəqiqə ayaq üstə alqışlanıb.

"Alfa" 1980-90-cı illərdə tək yaşayan ana ilə 13 yaşlı xəstə qızının hekayəsindən bəhs edir.

Nümayişdən sonra gözyaşlarını saxlaya bilməyən Dokurno onu dəstəkləyən hər kəsə təşəkkür edib və komandasının bu film üçün çox böyük zəhmət çəkdiyini bildirib.

Qeyd edək ki, filmin baş rolunda Melissa Borosun çəkilib.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

# # #