Türkiyəli aktyorun anası zəlzələdə həlak olub

Türkiyəli aktyorun anası zəlzələdə həlak olub
15 fevral 2023
# 17:00

Türkiyəli aktyor Çağrı Çitanakın anası Nevber Yurdal Çıtanak Antakyadakı zəlzələdən sonra dağıntılar altında qalaraq həyatını itirib.

Kulis.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı məlumat yayıb.

Qeyd edək ki, Çağrı Çitanak zəzələdən sonra pərəstişkarlarını anasının axtarışında kömək etməyə çağırmışdı.

# 1315 dəfə oxunub

Müəllifin son yazıları

# # #