Türkiyədə Hipatiyaya həsr olunmuş festival keçiriləcək

Türkiyədə Hipatiyaya həsr olunmuş festival  keçiriləcək
21 avqust 2026
# 11:50

İzmirin Foça böıgəsində avqustun 25-dən 29-dək II Beynəlxalq Hipatiya Elm və Kommunikasiya Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirin fəxri qonağı Kembric Universitetinin Fizika fakültəsinin rəhbəri, professor Mete Atatürə olacaq.

Festivalda Oksford, Kembric universitetləri, CERN və Niderlandın "Qutech" laboratoriyasının nümayəndələri ilə yanaşı, Türkiyənin aparıcı ali təhsil müəssisələri və sivil cəmiyyət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Beş gün davam edəcək festival çərçivəsində kvant fizikası, süni intellekt, kosmos elmləri, təkamül, iqlim böhranı, eləcə də media savadlılığı və gender bərabərliyi kimi mövzularda panellər, mühazirələr və göy cisimlərinin müşahidəsi təşkil olunacaq.

Təşkilatçılar festivalın əsas məqsədinin elmi akademik çərçivədən çıxararaq sosial həyata daşımaq və xüsusilə uşaqlarda elmi marağı stimullaşdırmaq olduğunu bildiriblər.

Qeyd edək ki, proqram çərçivəsində uşaqlar üçün 15 fərqli tətbiqi emalatxana, o cümlədən "su raketi yarışı" nəzərdə tutulub.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər