Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən Türkiyə Mədəniyyət Yolu Festivalı sentyabrın 26-dan oktyabrın 4-dək İstanbulda keçiriləcək.
Kulis.az xəbər verir ki, doqquz gün davam edəcək festival çərçivəsində şəhərin müxtəlif nöqtələrində musiqi, teatr, sərgi və qastronomiya tədbirləri təşkil olunacaq.
Musiqi proqramında Böyük Britaniyanın köklü "Royal Philharmonic Orchestra" və "National Arab Orchestra" kollektivləri çıxış edəcək.
Səhnə sənətləri çərçivəsində “Stanislavski Balet Qalası”, "Karmen", "Saraydan qız qaçırma" kimi operalar təqdim olunacaq.
Əsas sərgilərdən biri isə “AKM Qalereya”da keçiriləcək və burada "Üç rəssam" ekspozisiyası nümayiş olunacaq.
Qeyd edək ki, festivalın qastronomiya marşrutu İstanbulun ənənəvi mətbəx mədəniyyətini əks etdirən məkanları əhatə edəcək.
Türkiyə Mədəniyyət Yolu Festivalı baş tutacaq