Dünya şöhrətli yazıçının kitabına qadağa qoyuldu

Dünya şöhrətli yazıçının kitabına qadağa qoyuldu
26 iyul 2018
# 12:57

Məşhur yapon yazıçısı Haruki Murakaminin son romanı qadağan olundu.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Yaponiya məhkəməsi yazıçının “Cəngavərlər komandirinin qətli” adlı son romanının Honq-Konq Kitab Festivalında iştirakını qadağan edib.

Məhkəmə qadağaya səbəb kimi kitabdakı açıq-saçıq məqamları göstərib.

Qeyd edək ki, həyat yoldaşından ayrılan 36 yaşlı rəssamın həyatından bəhs edən roman Yaponiyadakı kitab mağazalarında +18 yaş kateqoriyası ilə satışa çıxarılacaq.

# 1239 dəfə oxunub

Müəllifin son yazıları

# # #