#

Tural Turanın yeni kitabı çap olundu

Tural Turan, şair

Tural Turan, şair

26 aprel 2022
# 19:00

Şair, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü Tural Turanın yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, “Möhtəşəmliyin çöküşü” adlı kitabda müəllifin son illərdə qələmə aldığı sürreal və dadaizm ruhlu şeirləri toplanıb.

Kitabın redaktoru Mətləb Mustafayev, ön sözün müəllifi isə şair Emil Rasimoğludur.

72 səhifəlik kitabda müxtəlif müsabiqələrdə müəllifə uğur qazandıran şeirlər də öz əksini tapıb. Kitabdakı şeirlərdə daha çox tanrı ilə insan arasındakı ruhsal bağlılığın boyutu ölçülür.

Qeyd edək ki, “Möhtəşəmliyin çöküşü” şairin sayca altıncı şeirlər kitabıdır. 2010-cu ildə “Mənə bir az o dünyadan danışın” adlı ilk şeirlər kitabı işıq üzü görüb.

Sonrakı dövrlərdə “Bələksiz qığılcım” (2015), “Tanrı qağaya ismarış” (2017), “Qaranlığın aydınlıq adı” (özbək dilində, 2018), “...Və bütün qaranlıq otaqlar” (2018), "Möhtəşəmliyin çöküşü" (2022) şeir kitabları gün üzünə çıxıb.

# 1541 dəfə oxunub

Müəllifin son yazıları

# # #