“Tony Erdmann” filminin avstriyalı ulduzu Peter Simonişek 77 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
2016-cı ildə "Tony Erdmann" filmi ekranlara çıxdıqdan sonra Simonişek dünya şöhrəti qazanıb. Film BAFTA, Qızıl Qlobus, Oskarda "Ən yaxşı xarici film" kateqoriyasında namizəd olub, Kann Film Festivalında mükafat qazanıb.
Avstriyanın mədəniyyət naziri Andrea Mayer Simonişeki “müasir kino, teatr və televiziyanın böyük adlarından biri” adlandırıb. "Onun ölümü incəsənət və mədəniyyət üçün böyük itkidir", - deyə qeyd edib.