Təvəkkül Boysunarın yeni kitabı çap olundu

Təvəkkül Boysunarın yeni kitabı çap olundu
17 sentyabr 2024
# 12:17

Təvəkkül Boysunarın yeni kitabı çap olunub.

Kulis.az xəbər verir ki, “Sonuncu aşiqlik” adlı bu kitabda yer alan mətnlərin əksəriyyəti əvvəllər heç bir mətbu orqanda dərc edilməmiş hekayələrdir.

Qeyd edək ki, müəllif 2021-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi hekayə müsabiqəsində, 2023-cü ildə isə Yusif Səmədoğlu adına “İlin ən yaxşı nəsr əsəri” müsabiqəsində I yerə layiq görülüb. O, eyni zamanda, bir sıra ingilisdilli müəlliflərin əsərlərini, eləcə də Şervud Andersonun “Vaynzburq, Ohayo” və Ernest Heminqueyin “Səyyar şənlik” kitablarını ana dilimizə tərcümə edib.

“Sonuncu aşiqlik” müəllifin ikinci kitabıdır.

# 285 dəfə oxunub

Müəllifin son yazıları

# # #