“Tək vətən sevgisi bəsdir” kitabı nəşr olundu

“Tək vətən sevgisi bəsdir” kitabı nəşr olundu
18 yanvar 2023
# 14:28

Şair və tədqiqatçı kimi tanınan Şirvani Ədillinin “Türküstan kitabxanası”seriyasından “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, kitabda müəllifin şeirləri, hekayələri və elmi-ədəbi məqalələri toplanıb. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın redaktoru və ön sözünün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Zəkulla Bayramlıdır.

Xatırladaq ki, Ş.Ədillinin indiyədək “Mənim odlar diyarım” (2011) adlı şeirlər,“Əruz vəzninin sadələşdirilmiş qəlibləri” (2011), “Milli ideologiyamız: Türklük,Çağdaşlıq, İslam” (2013) və “Azərbaycan şeirində forma məsələləri” adlı araşdırma kitabları nəşr olunub.

# 1216 dəfə oxunub

Müəllifin son yazıları

# # #