Təhqir edilən aktyordan sərt reaksiya - Foto

Təhqir edilən aktyordan sərt reaksiya - Foto
25 aprel 2024
# 12:00

Məşhur aktyor Alek Bolduin mağazada təhqir edilib.

Kulis.az xəbər verir ki, mağazadakı qadın Bolduindən "Fələstini azad et" deməyini tələb edib.

Aktyorun cavab vermədiyini görən qadın "O qadını niyə öldürdün? Sən o qadını öldürdün və həbs olunmadın. Sən cinayətkarsan" deyərək Balduini telefona çəkməyə davam edib.

Əsəbləşən aktyor qadının telefonu alıb yerə vurub.

Xatırladaq ki, "Rust" filminin 42 yaşlı operatoru Halina Haçins 2021-ci ilin oktyabrında, çəkiliş zamanı Alek Bolduin tərəfindən öldürülmüşdü.

# 408 dəfə oxunub

Müəllifin son yazıları

# # #