İğdırda Azərbaycan-Türkiyə Gənclər Teatrı yaradıldı

İğdırda Azərbaycan-Türkiyə Gənclər Teatrı  yaradıldı
15 avqust 2025
# 12:55

İğdırda “Bir millət, iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrı yaradılıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və İğdır Valiliyinin dəstəyi ilə qurulan teatr iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafına xidmət edəcək.

Teatra Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidov rəhbərlik edir.

Tamaşalar üçün şəhərin Mədəniyyət Sarayı və 100-cü il Kitabxanasında şərait yaradılıb.

Qeyd edək ki, teatr gələcəkdə Türkiyənin digər bölgələrində də milli mədəniyyətimizi təbliğ etməyi planlaşdırır.

# 184 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər