Tarzən Zərif Qayıbovun xatirəsi yad edildi

Tarzən Zərif Qayıbovun xatirəsi yad edildi
28 yanvar 2025
# 09:17

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində tarzən Zərif Qayıbovun əziz xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub.

Kulis.az xəbər verir ki, gecədə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə Beynəlxalq Muğam Mərkəzinin solisti Vasif Yusifov, filarmoniyanın solistləri Rüstəm Cəfərov, Samirə Hacıyeva, Musa Bayramov, Vüsal Namazov, Fuad Ramazanov, Firdovsi Firdovsizadə, Zəminə Mustafayeva, Respublika və beynəlxalq müsabiqələr laureatı Mirnofəl Həsənovun ifasında Fikrət Əmirovun “Təntənəli rəqs”, “Lay-lay”, Süleyman Ələsgərovun “Sərvi xuramanım mənim”, “Şalaxo”, Vasif Adıgözəlovun “Qərənfil”, Səid Rüstəmovun “Şeir deyilmi”, Ramiz Mirişlinin “Doğma diyar” əsərləri, "Şur" muğamı, Həsən Rzayevin “Cahargah rapsodiyası” səsləndirilib.

# 679 dəfə oxunub

Müəllifin son yazıları

# # #