Tarantinonun "ilham mənbəyi" vəfat etdi

Tarantinonun "ilham mənbəyi" vəfat etdi
29 may 2023
# 12:45

Aktyor, rejissor və kaskadyor Qeri Kent 89 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə NME məlumat yayıb.

Aktyorun Texasdakı qocalar evində edib. Xəbəri Kentin oğlu da təsdiqləyib.

Qeyd edək ki, aktyor 1933-cü ildə Vaşinqton ştatının Uolla-Uolla şəhərində anadan olub. Kentin ilk rolu 1959-cu ilə təsadüf edib. Sonrakı illərdə bir neçə filmdə oynasa da, o, kaskadyor kimi yadda qalıb. Kent xəsarət alması nəticəsində kaskadyor kimi işini dayandırıb, sonra isə kaskadyor koordinatoru kimi fəaliyyət göstərib.

Kventin Tarantino "Bir Zamanlar Hollivudda" filminin ssenarisini hazırlayarkən Kentdən ilham alıb. Bred Pittin canlandırdığı "Kliff But" obrazının mənbəyi Qeri Kentdir. Ssenari üçün Tarantino Kentdən müsahibə alıb, aktyor orada həyatı və peşəsi haqqında danışıb.

# 689 dəfə oxunub

Müəllifin son yazıları

# # #