Dövlət sifarişi ilə yeni film çəkilir

Dövlət sifarişi ilə yeni film çəkilir
19 avqust 2016
# 10:03

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yeni filmin istehsalına hazırlıqlar başlayıb.

Kulis.Az-ın verdiyi xəbərə görə, “Nar bağı” adlanan tammetrajlı bədii filmin quruluşçu rejissoru İlqar Nəcəfdir.

Dram janrında lentə alınacaq filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo (Niderland), quruluşçu operatoru Ayhan Salar (Almaniya), quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Akif Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Hal-hazırda filmin aktyor və məkan seçimi gedir.

# 888 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #