"Tanrının əli" filmi göstəriləcək

"Tanrının əli" filmi

"Tanrının əli" filmi

12 noyabr 2021
# 19:01

Doxsan dördüncü Akademiya mükafatlarının “Ən yaxşı beynəlxalq film kateqoriyası”nda, İtalyanı təmsil edən “Tanrının əli” (Hand of God) filminin treyleri nümayiş olunub.

Kulis.az xəbər verir ki, film Fabietto adlı bir gəncin böyümə hekayəsindən bəhs edir.

Fabiettonun həyatındakı dəyişikliklər futbol dünyasının əfsanəvi adlarından biri olan “Tanrının əli” kimi tanınan Dieqo Maradona ilə tanışlıqdan sonra başlayır.

Futbola olan sevgisinin arxasınca gedərkən bir ailə tragediyası ilə sarsılan gənc Fabiettonu, qarşıda parlaq gələcək gözləyir.

Filmin baş qəhrəmanı Fabietto obrazını gənc aktyor Flippo Skotti canlandırır.

Skotti, filmin dünya premyerasının keçirildiyi 78-ci Venesiya Film Festivalında “Ən yaxşı gənc aktyor” nominasiyasında “Marçello Mastroyanni” mükafatına layiq görülüb.

Qeyd edək ki, “Netflix” istehsalı olan film İtaliyanı “Oskar” yarışında təmsil etməklə yanaşı, Avropa Film Akademiyasının təşkil etdiyi Avropa Film Mükafatlarında “Ən yaxşı film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı ssenari” nominasiyalarında namizəd olub.

# 1445 dəfə oxunub

Müəllifin son yazıları

# # #