Türkiyənin tanınmış aktyoru Engin Çağlar İstanbulda yol qəzasında həlak olub.
Kulis.az xəbər verir ki, bu barədə Film-San Vəqfi məlumat yayıb.
Şişlidə yolu keçərkən 85 yaşlı aktyoru motosiklet vurub.
O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, sənətçi bir çox filmlərdə rol alıb.