"Ulduz müharibələri" ("Star Wars") film seriyasının yaradıcısı, dünyaca məşhur rejissor Corc Lukas rejissorluq karyerasını yekunlaşdırmasının səbəbini açıqlayıb.
Kulis.az xəbər verir ki, 82 yaşlı rejissor verdiyi müsahibədə diqqətini Kaliforniyada yeni fəaliyyətə başlayan "Lukas Hekayəçilik Sənəti Muzeyi"nə yönəltmək üçün bu qərarı aldığını deyib:
"İrəlidə çəkməli olduğum daha üç "Ulduz müharibələri" filmi var idi. Lakin zamanımın azaldığını anladım və bu muzeyi ərsəyə gətirmək istədim. Rejissorluqdan təqaüdə çıxmaq böyük addım idi".
Qeyd edək ki, Lukas tərəfindən əsası qoyulan muzeydə kinematoqrafiya tarixi ilə yanaşı "Star Wars" kainatına aid orijinal eksponatlar və rekvizitlər nümayiş olunur.
Tanınmış rejissor karyerasını yekunlaşdırdı - Səbəb