Tanınmış müğənni tənqid olundu – Səbəb

Tanınmış müğənni tənqid olundu – Səbəb
24 sentyabr 2026
# 10:20

Amerikalı məşhur müğənni Teylor Svift "Patient Zero" adlı yeni mahnısını sentyabrın 25-də yayımlayacaq.

Kulis.az xəbər verir ki, mahnının afişası sosial mediada tənqid atəşinə tutulub.

Belə ki, istifadəçilər afişanın həddən artıq "Photoshop" edildiyini, keyfiyyətsiz göründüyünü və hətta süni intellekt məhsulunu xatırlatdığını yazıblar.

Mahnının rəqəmsal buraxılışı ilə yanaşı standart, akustik və piano versiyalarından ibarət üç fərqli disk variantı da satışa çıxarılacaq.

Qeyd edək ki, pop ulduzu bu həftəsonu keçiriləcək “MTV VMA” mərasimində "Artist Director Honors" fəxri mükafatını alaraq şounun ən çox mükafat qazanan sənətçisi kimi tarixə düşəcək.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər