Lerikdə "SəhnəmİZ" layihəsi keçirilir

Lerikdə "SəhnəmİZ" layihəsi  keçirilir
1 dekabr 2021
# 18:20

Lerikdə gənclərin şəxsi inkişafı üçün daha bir layihəyə start verilib.

Kulis.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi tərəfindən səhnəyə, teatra, aktyorluğa, ssenari yazılmasına marağı olan gənclər üçün “SəhnəmİZ” layihəsinə start verilib.

Layihədə iştirak edən gənclərə:
- Səhnəciklərin hazırlanması;
- Jest və mimikalardan düzgün istifadə;
- Ssenari yazılması;
- Obrazın yaradılması və s. bilikləri öyrədiləcək.

Layihə çərçivəsində gənclər sosial mövzulara toxunaraq cəmiyyətimizdə baş verən neqatif hallara etiraz olaraq müxtəlif səpkidə (Narkomaniya, erkən nikah, təhsildə ayrıseçkilik, gender əsaslı zorakılıq və.s) tamaşaların səhnəciklərin hazırlanmasında iştirak edəcəklər.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyində gənclərin hər tərəfli inkişafı üçün layihələr təşkil olunur.

# 1722 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #