Şair Taleh Həmidlə görüş keçirilib

Şair Taleh Həmidlə görüş keçirilib
14 may 2015
# 17:00

Bakının Binəqədi rayonundakı 276 saylı məktəbdə tanınmış şair Taleh Həmidlə görüş keçirilib. Kulisin xəbərinə görə, görüşü giriş sözü ilə məktəbin direktoru Bəhram Şiriyev açaraq, Taleh Həmidin yaradıcılıq yolundan, onun ötən əsrin 70-80-ci illərdə ədəbiyyata uğurlu gəlişindən bəhs edib.

Taleh Həmid 276 saylı məktəbin kollektivini və şagirdləri salamlayaraq, bu görüşdən olduqca məmnun qaldığını bildirib. O, şeirlərindən nümunələr səsləndirib, verilən sualları cavablandırıb. Görüşdə şairin yaradıcılığından bəhs edən sənədli filmdən fraqmentlər nümayiş etdirilib, şagirdlərin ifasında şeirlər səslənib.

Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Sabir Məmmədovun və aktrisa Şəhla Əliqızının Taleh Həmid yaradıcılığından söylədiyi şeirlər görüş iştirakçılarının ürəyincə olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin diplomantı Fəridə Məmmədovanın Taleh Həmidin şeirləri əsasında hazırladığı kompozisiya isə musiqi və poeziyanın birgə vəhdətini əyani şəkildə nümayiş etdirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun, Bakı Pedaqoji Kadrların İxtisasartırma, Yenidənhazırlanma İnstitutunun prorektoru Məmməd Bayramlının, İrəvan Dövlət Akademik Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyevin, jurnalist və publisist Ələsgər Qurbanlının Taleh Həmidin yaradıcılığı və şəxsiyyəti ətrafında etdiyi maraqlı çıxışlar görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Gənc aktyor Zaur Qüdrətoğlunun aparıcılıq etdiyi görüş Taleh Həmidin şeirlərinə bəstələnmiş mahnılarla sona yetib.

# 1140 dəfə oxunub

Müəllifin son yazıları

# # #