Şvartseneqqerin oğlu “Called to Duty” filmində

Şvartseneqqerin oğlu “Called to Duty” filmində
25 iyun 2023
# 18:40

Arnold Şvartseneqqerin 25 yaşlı oğlu Cozef Baena "Called to Duty" filmində rol alıb.

Kulis.az xəbər verir ki, TMZ-nin məlumatına görə, sözgügedən filmi iyulun 1-də ekranlara çıxacaq.

Hekayədə Amerika Birləşmiş Ştatları gizli bir ada ölkəsi tərəfindən ballistik raketlərlə təhdid edilir. Ölkələrinin başına gələcək faciənin qarşısını almaq üçün amerikalılar qabaqlayıcı tədbir görməlidirlər.

Filmin çəkilişləri Nyu-Cersi ştatında regional hava limanında, aviasiya muzeyində və Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisində aparılıb.

Qeyd edək ki, Baena 1997-ci ildə Şvartseneqqerin rəsmi nikahda olduğu vaxt anadan olub. Aktyor Baenanın atası olduğunu 2011-ci ilə qədər ikinci həyat yoldaşı Mariya Şrayverdən gizlədib. Ona hər şeyi etiraf edəndən sonra isə cütlük boşanmaq üçün məhkəməyə müraciət edib. Bu evlilikdən cütlüyün dörd övladı var.

# 851 dəfə oxunub

Müəllifin son yazıları

# # #