Amerikalı kino tənqidçisi və televiziya ulduzu Cin Şalit 100 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, bu barədə mərhumun ailəsi onun uzun illər çalışdığı "NBC" telekanalına məlumat verib.
Ailənin yaydığı bəyanatda bildirilir:
"O, 100 illik heyrətamiz bir həyatdan sonra bu gün dinc şəkildə həyatla vidalaşdı. "Today" şousu onun üçün qeyri-adi bir dövr idi".
Tənqidçinin ölümünün dəqiq səbəbi isə açıqlanmayıb.