“Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı oldu

“Şuşaya bayraq asan cəngavər”  kitabının təqdimatı oldu
5 iyul 2024
# 13:30

Səməd Vurğunun ev-muzeyində hərbçi, şair, Əməkdar mədəniyyət işçisi, Həzi Aslanov adına Ordu İdeoloji Mərkəzinin kitabxana müdiri Zəminə Xınalının “Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) polkovniki Rəşad Aslanovla görüş də reallaşıb.

Görüşdə çıxış edən natiqlər Vətən müharibəsində qazanılmış tarixi Qələbənin xalqımıza böyük sevinc bəxş etdiyini bildiriblər.

Tədbirdə H.Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin solistləri Mətləb Ağayev, Elçin Məmmədov hərbi vətənpərvərlik mövzusunda marşlar ifa ediblər.

# 461 dəfə oxunub

Müəllifin son yazıları

# # #