İspaniyada Pablo Pikassonun məşhur “Gernika” əsərinin daşınması ilə bağlı siyasi mübahisə yenidən gündəmə gəlib.
"Nefes qazetesi"nin məlumatına görə, Bask hökuməti tablonun Bilbao Guggenheim Muzeyində sərgilənməsini tələb etsə də, Reina Sofia Muzeyi buna qəti şəkildə qarşı çıxır.
Texniki hesabat əsərin kövrək vəziyyətdə olduğunu və daşınmanın ciddi zərər verə biləcəyini göstərir.
Bask tərəfi isə daşınma şərtlərinin araşdırılmasını istəyir və xərcləri qarşılamağa hazırdır.
Qeyd edək ki, bu məsələ İspaniyada mərkəzi hökumətlə regional idarəetmə arasında siyasi gərginliyi daha da artırıb.