“Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitabının təqdimatı keçirildi

“Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu”  kitabının təqdimatı keçirildi
12 iyun 2024
# 18:00

İyunun 12-də Bakı Dövlət Universitetində (BDU) “Azərbaycan Türk Ocağı” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gətirilmiş “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, BDU-nun Jurnalistika fakültəsində təşkil olunmuş tədbirdə “Azərbaycan Türk Ocağı” İctimai Birliyinin sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı təqdimatı keçirilən kitab haqqında məlumat verib.

Tədbirdə BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, Jurnalistika fakültəsinin dekanı filologiya elmləri doktoru Vüqar Zifəroğlu çıxış ediblər.

Sonda Akif Aşırlının imzası ilə “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” kitabı tələbələrə hədiyyə edilib.

# 230 dəfə oxunub

Müəllifin son yazıları

# # #