“Üçüncü günün adamı” filminin premyerası oldu

“Üçüncü günün adamı” filminin premyerası oldu
30 iyun 2017
# 22:01

Ötən gün Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Üçüncü günün adamı” bədii filminin premyerası keçirilib.

Kulis.az xəbər verir ki, geniş tamaşaçı kütləsinin iştirakı ilə baş tutan tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Almaz Sultanzadə yeni ekran əsəri barədə məlumat verib.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov son illər Azərbaycan kinosundakı yeniliklərdən danışaraq qeyd edib ki, dünyanın 60-dan çox nüfuzlu festivalında filmlərimiz nümayiş olunub. O, təqdimatı keçirilən filmin də uğur qazanacağına inandığını bildirib.

Filmin nümayişindən əvvəl yaradıcı heyət səhnəyə dəvət olunub. Quruluşçu operator Rafiq Quliyev yaradıcı heyətin adından danışaraq tamaşaçıları məlumatlandırıb.

Aktyorlar da yeni çəkilən filmlə bağlı fikirlərini bölüşüblər.

Çıxışlardan sonra ekran əsəri nümayiş olunub.

Filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıblar.

Xatırladaq ki, bundan əvvəl film jurnalistlər üçün nümayiş olunmuş və Kulis.az-da bu barədə geniş təhlili yazı yayımlanmışdı.

# 1742 dəfə oxunub

Müəllifin son yazıları

# # #