“Squid Game”in ikinci sezonu gəlir

“Squid Game”in ikinci sezonu gəlir
13 iyun 2022
# 10:40

Netflix "The Squid Game" serialının ikinci mövsümü üzərində işə başlayıb.

Kulis.az kommersant.ru-ya istinadən xəbər verir ki, “The Squid Game” serialının ilk mövsümünü idarə edən Cənubi Koreyalı rejissor Hvanq Donq-hyuk Tviter hesabında ikinci sezon üzərində çalışdığını açıqlayıb.

İkinci sezonun buraxılış tarixi hələlik bildirilməyib.

Xatırladaq ki, “The Squid Game”, sağ qalma oyununda pul qazanmağa razı olan bir dəstə insandan bəhs edir. Serial 2021-ci ilin sentyabrında Netflix-də yayımlanıb və 12 gün ərzində 111 milyondan çox pərəstişkar qazanaraq qlobal populyarlıq reytinqini üstələyib.

# 1387 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #