“Spiderman: Brand New Day” açılış həftəsində "The Odyssey”i geridə qoydu

“Spiderman: Brand New Day” açılış həftəsində "The Odyssey”i geridə qoydu
3 avqust 2026
# 14:30

"Spiderman: Brand New Day" filmi açılış həftəsində qlobal kassada 927 milyon dollar gəlir əldə edərək tarixi rekorda imza atıb.

Kulis.az xəbər verir ki, Tom Hollandın başrolunu canlandırdığı "Marvel"in yeni filmi ABŞ-də 335 milyon dollar, beynəlxalq bazarda isə 572 milyon dollar toplayaraq kino tarixinin ən böyük ikinci açılış həftəsini reallaşdırıb.

Layihə bu göstərici ilə "Sony Pictures" tarixinin ən yüksək debütünə imza atmaqla yanaşı, Kristofer Nolanın "The Odyssey" filminin ümumi kassa gəlirini də cəmi dörd gün ərzində geridə qoyub.

Açılış rekordları siyahısında birinci pilləni isə 2019-cu ildə ilk həftəsonunda 1,2 milyard dollar toplayan "Avengers: Endgame" filmi tutur.

Qeyd edək ki, Destin Daniel Crettonun rejissorluq etdiyi filmdə Tom Holland ilə yanaşı Zendaya və Con Berntal rol alır.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər