“Soyuq Günəş” filminin baş qəhrəmanı Yarqunatı canlandıran aktrisa İranə Kərimova bu dəfə özünü teatr səhnəsində sınayacaq.
Kulis.azın verdiyi xəbərə görə, aktrisa yeni yaradılan “Səhnə” teatrının “Bir dəfə Qarabağda” adlı tamaşasında əsas rolu ifa edəcək.
Xatırladaq ki, “Bir dəfə Qarabağda” tamaşası M.F.Axundovun “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” pyesi əsasında Azərbaycanda ilk dəfə olaraq etno-müzikl janrında hazırlanıb. Tamaşa 30 oktyabr saat 19:00-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində tamaşaçılara təqdim olunacaq.