Şövqi Hüseynov mükafata layiq görüldü

Şövqi Hüseynov mükafata layiq görüldü
25 sentyabr 2024
# 16:45

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Rusiyanın Novorossiysk şəhərində keçirilən "Teatr limanı" adlı 6-cı beynəlxalq festivalda uğurla təmsil olunub.

Kulis.az xəbər verir ki, beynəlxalq festivalda Əməkdar artist Şövqi Hüseynov “Kontrabas” tamaşası ilə çıxış edib.

Şövqi Hüseynov "Teatr sahəsindəki nailiyyətlərinə, ifasındakı ustalığa və Rusiyanın cənubundakı mədəniyyəti zənginləşdirməyə verdiyi töhfələrə görə" festivalın xüsusi mükafatına layiq görülüb.

Alman yazıçısı Patrik Züskindin (Patrick Süskind) əsəri əsasında hazırlanan monotamaşa 1998-ci ildə Xalq artisti mərhum İrina Perlovanın quruluşunda hazırlanıb.

“Kontrabas” indiyədək Rusiya, Ukrayna, Belarus, Moldova, İran, Türkiyə, Makedoniya və digər ölkələrdə beynəlxalq teatr festivallarında iştirak edib, mükafatlar qazanıb.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

# # #