“Solğun çiçəklər” tamaşasının məşqlərinə başlanıldı

“Solğun çiçəklər” tamaşasının məşqlərinə başlanıldı
20 fevral 2025
# 16:39

Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir.

“Artstudiya” teatr studiyasında məşqləri başlanan tamaşanın bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur.Tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.

Qeyd edək ki, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısının ona qarşı olan amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqları naminə əmisioğlu Bəhram tərəfindən atılan Saranın gələcəyə dair ən gözəl ümidləri də puça çıxır.

# 448 dəfə oxunub

Müəllifin son yazıları

# # #