Slovakiya Prezidenti Qobustan qoruğunu ziyarət edib

Slovakiya Prezidenti Qobustan qoruğunu ziyarət edib
13 noyabr 2024
# 17:12

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib.

Kulis.az xəbər verir ki, qoruğun muzeyində nümayiş etdirilən eksponatlara və açıq səma altındakı qayaüstü təsvirlərə tamaşa edən qonağa Qobustan abidələri, ərazidə aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Qobustan abidələri 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Azərbaycana sayca dördüncü səfəri olsa da, ilk dəfə Qobustan qoruğunu ziyarət etdiyini bildirən Peter Pelleqrini Qobustan qayaüstü təsvirlərini heyrətamiz adlandırıb, abidələrlə tanışlıqdan və göstərilən qonaqpərvərlikdən məmnunluqlarını dilə gətirib.

Sonda Slovakiya Respublikasının Prezidenti qoruğun xatirə kitabına xoş təəssüratlarını yazıb.

Səfərdə Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçak da iştirak edib.

# 296 dəfə oxunub

Müəllifin son yazıları

# # #