Çingiz Hüseynov hekayə sorğusundan danışdı

Çingiz Hüseynov hekayə sorğusundan danışdı
4 fevral 2016
# 11:31

Yazıçı Çingiz Hüseynovun “Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunun nəticələri barədə fikirlərini təqdim edirik:

“Guya sorğuda Mirzə Cəlilin birinci olması hekayə janrının inkişafından deyil, geriləməyindən xəbər verir. Olur belə hallar... Ədəbiyyatın, yaxud janrın inkişafı zəmanəyə, cəmiyyətin-quruluşun inkişafına heç də bağlı deyil: Şekspir və müasir ingilis dramı, Servantes və ispan romanı və sair. Bu sirdir... Amma məncə, bəlkə də yanılıram, məhz bizə aid başqa səbəb də var. Mənim seçimimdə bu şərt idi: "milli tip baxımdan"!... Görünür bu kimi cəsarət və igidlik tələb edən vacib istiqamət bizi az maraqlandırır, rahat yollar axtarırıq, özümüzü yetkin millət sayırıq, halbuki... - arxası-davamı qalsın sonraya!”

# 990 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #