Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq

Skorsezenin məşhur filmi haqqında sənədli layihə yayımlanacaq
21 sentyabr 2026
# 13:30

Amerikalı rejissor Martin Skorsezenin 1990-cı ildə ekranlaşdırdığı “Goodfellas” (“Bomba oğlanlar”) filmi haqqında çəkilən "As Far Back As I Can Remember... The Story of Goodfellas" (“Xatırlaya bildiyim qədər... "Goodfellas"ın hekayəsi”) sənədli filminin rəsmi treyleri yayımlanıb.

Kulis.az xəbər verir ki, "Life After Movies" komandası tərəfindən ərsəyə gətirilən bu layihə sözügedən filmin pərdəarxası məqamlarını və 35 illik mədəni irsini araşdırır.

Liz Dauns və Eşli Puqun rejissorluğu ilə hazırlanan ekran işində Lorreyn Brakko, Nikolas Pilecci, Semyuel L. Cekson kimi aktyorlarla və yaradıcı heyətlə özəl müsahibələr yer alır.

Qeyd edək ki, ekran işinin dünya premyerası payızda keçiriləcək "Newport Beach Film Festival 2026" çərçivəsində baş tutacaq.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər