Fəxrəddin Manafovla Mehriban Zəki yeni tamaşada

Fəxrəddin Manafovla Mehriban Zəki yeni tamaşada
17 iyul 2017
# 16:45

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 97-ci mövsümü premyera ilə açacaq.

Kulis.az teatrın saytına istinadən məlumat verir ki, hazırda Xalq Artisti Fəxrəddin Manafov və Əməkdar Artist Mehriban Zəki teatrın səhnəsində yeni tamaşanı məşq edirlər. Lakin pyesin və müəllifinin, eləcə də tamaşanın adı açıqlanmır. Səhnə əsəri Sankt-Peterburqda yaşayan bakılı rejissor tərəfindən hazırlanır. Tamaşada Oleq Əmirbəyov, Mariya Dubovitskaya və Həcər Ağayeva da iştirak edəcəklər. Truppaya, həmçinin yeni aktyor götürülüb və deyilənə görə, o da adı açıqlanmayan tamaşanın məşqlərində iştirak edir. Tamaşanın premyerası sentyabrın 16-da olacaq.

# 856 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #