Səudiyyə Ərəbistanında Azərbaycan mədəniyyəti təbliğ edildi

Səudiyyə Ərəbistanında Azərbaycan mədəniyyəti  təbliğ edildi
22 fevral 2024
# 13:40

Səudiyyə Ərəbistanının Dahran şəhərində yaşayan Azərbaycan icmasının üzvləri beynəlxalq festivalda ölkəmizi təmsil ediblər.

Kulis.az xəbər verir ki, festivalda Azərbaycanla bağlı guşədə ziyarətçilərə ölkəmizə həsr olunmuş kitablar, məlumat broşürləri paylanıb, milli mətbəximizin nümunələri, milli xörəklərimiz, şirniyyatlarımız təqdim olunub. Yüksək zövqlə hazırlanmış milli suvenirlər iştirakçıların diqqətini cəlb edib. Dahran Beynəlxalq Məktəbində təhsil alan azərbaycanlı şagirdlər milli rəqslərimizi ifa ediblər.

Qeyd edək ki, qırxdan çox ölkənin təmsil olunduğu festivalda azərbaycanlı şagirdlərin ifaları və milli mətbəximizin nümunələri böyük maraqla qarşılanıb.

# 638 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #