Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
21 yanvar 2020
# 17:36

Amerikalı teatr və kino aktyoru Uilyam Bogert vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 83 yaşlı aktyor Nyu-Yorkda dünyasını dəyişib. Aktyorun ölüm səbəbi haqda məlumat verilməyib.

Bogert “Mükəmməl cinayət”, “Köpək gündüzü”, “Cənnət gözləyə bilər”, “Müharibə oyunları”, “Ön adam və düşünmək üçün bir fasilə” kimi filmlər ilə tanınıb.

Bundan başqa, aktyor "Gilmore qızlar", "Kolombo", "Maş xəstəxanasında lənətə gəlmiş xidmət", "Melrose yer", "Günəşdən üçüncü planet", "Qanun və qaydalar." Xüsusi korpus”, "Möhtəşəm illər", "Starsky və Hutch" və "İnanılmaz Halk" kimi fimlərdə bir-birincə yadda qalan obrazlar yaradıb.

# 2168 dəfə oxunub

Müəllifin son yazıları

# # #